AZ
Video yüklə

Turanənin məzarından görüntülər yayıldı

79 baxış Maqazin xəbərləri
Baku Medical Plazada estetik əməliyayt zamanı ölən Turanənin məzarından görüntülər yayılıb. BiG.AZ xəbər verir ki, görüntülər qısa zamanda sosial şəbəkədə yayılıb. Onun məzarı üstündə yaxınları fəryad edib. Qeyd edək ki, hadisə mayın 11-i "Baku Medical Plaza"da baş verib. 1996-cı il təvəllüdlü Turanə Musazadə klinikaya müraciət edərək xarici görünüşündən narazı olduğunu bildirib. O, müayinə edilərək əməliyyata alınıb. T.Musazadə plastik cərrahiyyə əməliyyatı zamanı vəfat edib. Hüquq-mühafizə orqanları tərəfindən meyitə baxış keçirilib, məhkəmə tibb ekspertizası təyin edilib. Məlumata görə, T.Musazadə bundan öncə də 2 dəfə plastik əməliyyat keçirib. Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.