Toylarda döyülən müğənnilər

  • 16.05.2018
  • 0

Müğənni İzzət Bağırova “Neolit” şadlıq evində hücum olunması və döyülməsinə cəhd edilməsi sənətçilərin qarşılaşdığı ilk belə hal deyil.

 

Bundan qabaq da tanınmış müğənnilər içində toylarda, el şənliklərində, müxtəlif məclislərdə döyülənlər olub.

 

Onlardan biri müğənni Cavanşir Məmmədovdur. Ötən il \\\"Movida Plaza” şadlıq sarayında baş tutan məclisdə 1979-cu il təvəllüdlü Həsənov Cabir Həsən oğlu onu döyüb və həmin şəxs polis tərəfindən saxlanılıb.

 

2011-ci ildə “Neon” şadlıq sarayında içkili şəxs tərəfindən döyülüb. Müğənni özü də həmin dövrdə mətbuata açıqlamasında faktı təsdiqləyib və onu vuran şəxsi üzr istədiyi üçün hüquq-mühafizə orqanlarına şikayət etməyib.

 

İfaçılar içərisində \\\"ölümünə döyülən\\\" isə Vüqar Muradov olub. Onu Moskvaya toya dəvət edən şəxslər hava limanında qarşılayaraq, meşəyə aparıb, orada soyundurub, döyüblər. 2015-ci ildə baş verən bu cinayətin təfərrüatı mətbuatda geniş yazılıb.

 

Müğənni Elton Hüseynəliyevin də toyda başına iş gəlib. Ona kəllə vuran adamla müğənnini toy yiyəsi və qohumları aralayıb. Həmin kəllədən sonra Eltonun burnunda çəpər əyriliyi yaranıb.

 

Bəstəkar-müğənninin Elza Seyidcahanın Tovuzda döyüldüyü barədə sosial şəbəkələrdə məlumatlar yayılsa da, ifaçı hadisəni təkzib etmişdi.

Nə düşünürsən?