AZ
Video yüklə

Tanınmış müğənni taksi sürücüsünün üzünə tüpürdü

33 baxış Maqazin xəbərləri
Türkiyəli müğənni Irmak Arıcı xoşagəlməz hərəkəti ilə bütün diqqətləri üzərinə çəkib.

Bizim.Media xəbər verir ki, tıxacda qalan sənətçi taksi sürücüsü ilə mübahisə edib.

Daha sonra böyüyən mübahisə davaya çevrilib. Irmak sürücünün qarşısına keçərək ona dəfələrlə tüpürüb. Həmin anlar anbaan kameralar tərəfindən görüntülənib. Taksi sürücüsü müğənnini polisə verib.

Irmakın videosu bütün sosial platformalarda paylaşılaraq yayılıb. Sosial şəbəkə istifadəçiləri müğənninin bu hərəkətini tənqid ediblər.

Mövzu ilə bağlı açıqlama verən sənətçi bunları deyib:

“Mən ona xəbərdarlıq etmək məqsədilə siqnalı basdım. Amma o, əl-qol hərəkətləri edərək məni təhqir etməyə başladı. Qaçmaq istədim, amma maşını üstümə sürdü”.

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.