AZ
Video yüklə

Tacir Şahmalıoğlu böyük itkisindən yazdı

20 baxış Maqazin xəbərləri
Müğənni Tacir Şahmalıoğlunun paylaşımı izləyicilərini kədərləndirib.



BiG.AZ xəbər verir ki, o, “İnstaqram” səhifəsində yenicə dünyasını dəyişən anası ilə fotosunu yayımlayıb. Müğənni fotoya şərh olaraq şeir yazıb:



“Yağdı saçlarıma həsrətin qarı,



Heç oldu gözümdə həyatın varı.



Yeriyə bilmədim qəbrinə sarı,



Süründüm dizimi daşlar apardı.



İnana bilməzdim vüqarım sına,



Ürəyim dözmədi ana yasına.



Yaman öyrəşmişdim yaz havasına,



Üşüdüm ömrümü qışlar apardı”.



Qeyd edək ki, müğənni Tacir Şahmalıoğlunun anası Südabə Allahverdiyeva 31 iyulda vəfat edib.

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.