Son 6 ayda itirdiyimiz məşhurlar...
19 baxış
Maqazin xəbərləri
Son 6 ayda 5 məşhur sənətçimiz ard-arda koronavirusdan dünyasını dəyişib.
APA TV xəbər verir ki, xalq artisti Rafiq Hüseynov (Rəmiş) aprelin 5-də 76 yaşında koronavirusdan dünyasını dəyişib. O, qaraciyər serrozundan əziyyət çəkirdi. Xalq artistinin müalicə aldığı xəstəxanada koronavirusa yoluxması digər xəstəliklərini daha da şiddətləndirmişdi.
Əməkdar artist Baloğlan Əşrəfov isə aprelin 7-də koronavirusdan dünyasını dəyişib. Qeyd edək ki, B.Əşrəfov 2007-ci ildə qaraciyər serrozundan əziyyət çəkdiyi üçün Türkiyədə əməliyyat olunmuşdu. Uzun müddət müalicə alan sənətkara qaraciyər köçürülmüşdü.
Xalq artisti Arif Quliyev (70 yaş) may ayının 7-də koronavirusdan dünyasını dəyişib. O, müalicə aldığı xəstəxanada süni tənəffüs aparatına qoşulmuş, ağ ciyərlərinin 90 faizi buzlaşmışdı.
Xalq artisti Səməd Səmədov iyulun 24-də 74 yaşında koronavirusdan vəfat edib. Müğənni ağır vəziyyətdə Yeni Klinikanın reanimasiya şöbəsinə yerləşdirilmişdi.
Əməkdar artist Yaqub Zurufçu (65 yaş) 14 sentyabrda koronavirusdan müalicə aldığı Yeni Klinikada dünyasını dəyişib.

Rəylər 0
Rəy yazmaq üçün daxil olun
Hələ rəy yoxdur. İlk rəyi siz yazın.