AZ
Video yüklə

Şöhrətin klipi gerçəyə döndü

18 baxış Maqazin xəbərləri
Müğənni Şöhrət Məmmədov yeni klipi haqqında tükürpədən nüansları bölüşüb.
Yenilik.az referans.az-a istinadən xəbər verir ki, bir müddət əvvəl yeni klip çəkmək qərarına gələn müğənni yaxın tanışı Səhra xanıma həmin klipdə iştirak etməyi təklif edib.
Müğənninin yaxını bu təklifi qəbul edib. Klipin ssenarisinə görə, Səhra xanım xərçəng xəstəliyindən əziyyət çəkən qadını canlandırmalı idi.
Klip çəkilişləri başlandığı gündən Səhra xanım səhhətində qəfil pisləşmə hiss edib. Həkimə müraciət etdikdə isə dəhşətə gəlib. Həkim ona xərçəng xəstəliyinə tutulduğunu deyib. Hadisələr eynilə ssenaridə əks olunduğu kimi cərəyan edib.
Daha ətraflı video-materialda:

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.