Şeyx Əbdül "TikTok"da!

  • Bu gün 12:00
  • 0

Xalq artisti, tanınmış kinorejissor, ssenarist və aktyor Şeyx Əbdül Mahmudovun “TikTok” hesabı ilə bağlı aylar əvvəl yayılan məlumat yenidən gündəmə gəlib.

Bu ilin may ayında sosial şəbəkələrdə Xalq artistinin “TikTok” hesabı açdığı barədə məlumat yayılmışdı. Həmin vaxt "abdul.mahmudov3" adlı hesab diqqət çəkmişdi.

Lakin 82 yaşlı  Xalq artisti bu iddianı s qəti şəkildə təkzib etmişdi.

O, “TikTok” hesabı açmadığını bildirərək belə demişdi:

“Bunu birinci dəfədir eşidirəm. Vallah açmamışam. Heç necə açırlar onu belə bacarmıram. Ümumiyyətlə, bu barədə düşünməmişəm. Yalan söhbətdir. Ancaq yaxşı ideyadır, açmaq olar”.

Buna baxmayaraq, aradan keçən müddətdə sözügedən hesab aktivləşib. Hazırda "abdul.mahmudov3" istifadəçi adı ilə fəaliyyət göstərən hesabda Şeyx Əbdül Mahmudovun özünün yer aldığı ilk video paylaşılıb.

Hazırkı vəziyyətə görə hesab 80 nəfəri izləyir, 118 izləyicisi var. Videoya baxış sayı və izləyici sayı hələlik yüksək olmasa da, hesabın  istifadə olunmağa başladığı görünür.

Maraqlıdır ki, Əbdül Mahmudov ötən illərdə “TikTok” platformasına münasibətini də sərt ifadələrlə bildirmişdi. Xalq artisti qeyd etmişdi ki, həmin platformada milli-mənəvi dəyərlərimiz, tariximiz və ideologiyamızla bağlı xoşagəlməz paylaşımlar üstünlük təşkil edir və buna görə də “TikTok”u arzuolunan platforma hesab etmir.