AZ
Video yüklə

Sevda Əliqızı : "6 ay danışa bilmədim"

70 baxış Maqazin xəbərləri
"2002-2003-cü illərdə səsim batdı. Həkimə getdim və o mənim səs tellərimi daha bərbad günə qoydu. Boğazımda polip var idi. Altı ay danışa bilmədim".

Yenilik.az xəbər verir ki, bu sözləri müğənni Sevda Əliqızı "ATV səhər" verilişinə müsahibəsində deyib.

Müğənni bildirib ki, həkim səhlənkarlığının qurbanı olub:

"Polipləri kəsdilər, başa salmaq üçün ancaq yazırdım. Həkim səhlənkarlığının qurbanı oldum. İkinci həkimi tapmasaydım, səsim tamamilə batardı, oxuya bilməzdim".

Səsini itirmək qorxusu yaşayan Sevda həmin zaman mərhum xalq artisti Səməd Səmədovun ona dəstək çıxdığını dilə gətirib:

"Allah Səmədə rəhmət eləsin. Mənə dedi ki, darıxma. Toya gələcəksən, bir-iki fonoqram oxuyarsan. Canlı ifa edə bilmirdim. Məni evdə oturtmadı, çörəksiz qoymadı. Evdə depressiyaya düşərdim".

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.