Müğənni Səidə Sultan və Niyam Salami karantin qaydalarını pozur.
Intime.az xəbər verir ki, "Evdə qal, cəmiyyəti qoru" şüarını yanlış anlayan sənətçilər bir-birinin evinə qonaq gedir. Görüntüləri sosial şəbəkədə paylaşan Səidə Sultan insanları pozitiv olmağa səsləyib: "Evdə qal devizi ilə yaşayırıq. Evdə qal, evdə öl! Pozitiv olun. Bu aralar xala-xala oynayırıq, dostlarımız bizə gəlir, biz onlara gedirik. Niyam bizə, biz onlara. Pul yoxdur".
İfaçı görüntülərə şərh yazan Xalq artisti Röya Ayxanı və stilist-vizajist Nigar İbrahimovanı da yanlarına dəvət edib.
Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycan nümayəndəliyi koronavirus infeksiyasının törədə biləcəyi təhlükəni nəzərə alaraq kampaniya başladıb. ÜST insanlara evdən çıxmamağı məsləhət görüb. Həmin görüntüləri təqdim edirik: