AZ
Video yüklə

Röyaya iş təklif edildi

5 735 baxış Maqazin xəbərləri
Xalq artisti Röya Ayxan Dövlət Akademik Musiqili Teatrında olub.

Estrada ulduzu Teatrın direktoru, Əməkdar İncəsənət Xadimi Əliqismət Lalayevlə görüşüb.

R.Ayxan daha sonra “Qadınım” tamaşasını izləyib. Xalq artisti səhnəarxasına keçərək aktyor heyəti ilə görüşüb, onlara uğur diləyib.

Ə. Lalayev isə keçmişə qayıdaraq illər əvvəl Röya Ayxanı Teatra çalışmağa dəvət etdiyini bildirib. O, təklifinin hələ də qüvvədə olduğunu deyərək Xalq artistinə iş təklifi edib.

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.