AZ
Video yüklə

Müslüm Maqomayevin məzarı ziyarət olunub

30 baxış Maqazin xəbərləri
Avqustun 17-də Azərbaycanın görkəmli müğənnisi, bəstəkar, SSRİ Xalq artisti Müslüm Maqomayevin anadan olmasının 80 illiyi münasibətilə onun Fəxri Xiyabanda yerləşən məzarı ziyarət edildi.

Mərasimdə Müslüm Maqomayevin ömürgün yoldaşı, SSRİ Xalq artisti Tamara Sinyavskaya Azərbaycan Respublikası Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Humanitar siyasət, diaspora, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva, Mədəniyyət naziri Anar Kərimov, Azərbaycan mədəniyyəti və incəsənətinin görkəmli nümayəndələri, Müslüm Maqomayev yaradıcılığının pərəstişkarları iştirak etdilər. Müslüm Maqomayevin ömür-gün yoldaşı Tamara Sinyavskaya böyük sənətkarın bu gün dənizkənarı parkda ucalan abidəsi ilə bağlı fikirlərini jurnalistlərlə bölüşdü.

Mərasimin rəsmi hissəsi bitdikdən sonra Azərbaycanın mədəniyyət və incəsənət xadimlə Müslüm Maqomayevlə bağlı xatirələrini bölüşdülər.

Qeyd edək ki, gənc yaşlarında SSRİ Xalq artisti Fəxri adına layiq görülən görkəmli Azərbaycan müğənnisi, bəstəkar Müslüm Maqomayev Müslüm Maqomayev 25 oktyabr 2008-ci ildə vəfat edib.

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.