AZ
Video yüklə

Mirzə Babayevin xatirəsi yad olunub

8 baxış Maqazin xəbərləri
Bu gün Xalq artisti, “Şöhrət” ordenli, bir çox mükafatların laureatı, Azərbaycan estradasının banilərindən olan Mirzə Babayevin anadan olmasından 110 il ötür.

Bu münasibətlə xalq arstistinin ailə üzvləri, mədəniyyət nazirliyinin əməkdaşları və tanınmış simalar onun məzarını ziyarət edib, xatirələrini bölüşdülər.

Qeyd edək ki, Mirzə Babayev 1913-cü ildə Bakıda anadan olub. Uşaq yaşlarından musiqiyə maraq göstərən sənətkar Azərbaycan estradasında bir çox tanınmış mahnıların ifaçısı olub.

İllərlə onun ifasından dinlədiyimiz "Pəncərəmə qondu çiçək, Kəpəmək, Limanda, Gəlmədi, Kimlər gəldi kimlər getdi, Qurban olum" kimi manılar dillər əzbəri olmağa davam edir.

Aktyor fəaliyyəti ilə də məğul olan Mirzə Babayev eyni zamanda 40-dan çox filmdə müxtəlif obrazlara həyat verib.

Müğənni 2003-cü ildə 89 yaşında dünyasını dəyişib.

REAL

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.