Milli musiqilərimiz Rusiya səhnəsində
6 baxış
Maqazin xəbərləri
Rusiya paytaxtındakı Qara Qarayev adına musiqi məktəbində konsert keçirilib.
Moskvada Xalq Təsərrüfatı Nailiyyətləri Sərgi mərkəzindəki “Azərbaycan” pavilyonunda Moskva şəhər Qara Qarayev adına uşaq musiqi məktəbinin konserti keçirildi. Konsert iştirakçıları Qara Qarayevin, Şopenin, Vaqif Mustafazadənin və başqa bəstəkarların əsərlərini ifa etdi.
Dahi azərbaycan bəstəkarının adını daşıyan məktəbin xorunun ifasında Qara Qarayevin "Gənclik Mahnısı" isə Azərbaycan dilində səsləndirildi.
"Konsertimiz mədəniyyət işçiləri gününə həsr olunub. Bu gün Qara Qarayevin musiqisi də daxil olmaqla məktəbimizdə tədris olunan digər klassiklərin də əsərlər səsləndirildi. Koronavirus səbəbindən olan məhdudiyyətlərdən sonra bu, bizim üçün çoxdan gözlənilən bir hadisədir və konsertin Azərbaycan pavilyonunda keçirilməsindən çox məmnunuq", - deyə Qara Qarayev adına uşaq musiqi məktəbinin direktoru Andrey Leonov bildirib.
Qeyd edək ki, hər il məktəbdə görkəmli Azərbaycan bəstəkarlarının xatirəsinə həsr edilən müxtəlif tədbirlər keçirilir.
REAL

Rəylər 0
Rəy yazmaq üçün daxil olun
Hələ rəy yoxdur. İlk rəyi siz yazın.