Məşhur Azərbaycan baleti Moskvada
85 baxış
Maqazin xəbərləri
Qara Qarayevin məşhur baleti Moskva teatrında nümayiş olunub “Rus baleti” Dövlət Teatrının ifasında təqdim edilən tamaşa Rusiyanın Xalq artisti Sergey Bezrukovun rəhbərliyi altında baş tutdu. Azərbaycanın və Rusiyanın Əməkdar artisti, “Russkiy balet” Teatrının baletmeysteri Vitali Axundovun səhnələşdirdiyi əsərin liberettosu Aleksandr Maksov tərəfindən hazırlanıb. Balet tənqidçisi Aleksandr Maksov: "Bu əsər mənim ən sevimli tamaşalarımdan biridir, çünki o dövr üçün Azərbaycan repertuarının incisidir. o vaxtlar biz hamımız Sovetlər ittifaqında yaşayırdıq. Baxmayaraq ki, on illər keçib, bu əsər yüksək qiymətini itirməyib. O köhnəlmir, bu gün də aktualdır. Çünki, əvvəla baletin kökünü Nizaminin 5-liyi təşkil edir. Bu artıq özü özü barədə danışır. Bu bütün dövürlər üçün dahiyanə, müdrik, fəlsəfi əsərdir. İkincisi musiqi, Azərbaycanın dahi bəstəkarı Qara Qarayevin musiqisi, yeri gəlmişkən deyim ki, onun oğlu Fərəc Qarayev Rus baletində bu səhnəyə xeyir dua verib. Ona görə Azərbaycan və Rusiya Arasında mədəni əlaqələr möhkəmlənməkdədir". "Rus Baleti” Teatrının repetitoru Viktoriya Axundova: "Bizim artistlərimiz böyük məmuniyyətlə bu əsəri ifa edirlər. Nizaminin Poeması, Qara Qarayevin dahiyanə musiqisi əsasında yaradılan Bu balet ən yaxşı əsərlərdəndir. Həvəslə musiqini dinləyir, zövqlə baxırıq bu əsərə. Tamaşaçıların çox xoşuna gəlir, ona görə də hərtərəfli təbliğ edəcəyik". Sevgi, dostluq, xəyanət, güc, sədaqət və ədalətdən bəhs edən poema, Azərbaycanın böyük bəstəkarı Qara Qarayev tərəfindən 1952-ci ildə yazılıb. Balet iki dramatik xətt üzərində təqdim olunur, bir tərəfdə Aişə və Bəhram Şahın faciəvi məhəbbəti, digər tərəfdə isə hakimiyyət sevdasına düşən Vəzirin xəyanəti. 7 gözəlin isə Bahram şahı qurtarma çırpıntıları. “Rus Baleti” Teatrının solisti Oleq Karaçyev: "İnanılmaz hislərdir. Çox maraqlı işdir. Mənim ifa etdiyim rol çox qeyri-adidir. Həqiqətən mən ilk dəfədir ki, mənfi qəhramanIı ifa edirəm. Gözəl musiqidir. Hər dəfə qulaq asırsan və hər dəfə nə isə yeni çalarlar eşidirsən. Ona görə musiqini duyub onu həyata köçürməyə çalışırsan. Bizə həmişə deyirlər musiqini oynamaq lazımdır. Burada oynamağa və dinləməyə musiqi var. Mən heyran oldum" “Rus Baleti” Teatrının solisti Mistislav Arefyev: "Musiqi sadəcə inanılmazdır, Çox enerjili və epik. Bu əsərə mən hazırlaşmısdım, oxudum ilk öncə. Hesab edirəm ki, Bəhram orazı güclü, cəsarətlidir. Əsl döyüşcüdür. Mən çox xoşbəxtəm ki, bu rol mənə qismət oldu. Əlbətdə mən də bu çalışırdım”. “Rus Baleti” Teatrının solisti Siori Fukuda: "Mən yaponiyalıyam və burada “Rus Baleti” Tetırında işləyirəm. Mən bu əsərdə 7 gözəldə ən gözəlini canlandırıram. Musiqi çox heyranedicidir. Hərdən Oynamaq çətin olur, xüsusi şərq ritimləri var. Amma bu tamaşada iştirak etmək çox xoşuma gəlir". Epidemioloji durumun çətin olduğu bu anlarda, zal tamaşaçılarla dolu oldu. “Yeddi gözəl” baletini izləyənlər isə əsərin özünəməxsusluğundan danışdılar. Qeyd edək ki, "Yeddi gözəl" baletinin növbəti nümayişi dahi şair Nizami Gəncəvinin 880 illiyi münasibətilə 30 martda keçiriləcək. REAL
Rəylər 0
Rəy yazmaq üçün daxil olun
Hələ rəy yoxdur. İlk rəyi siz yazın.