Mənzurənin keçmiş əri zəng etdi, müğənni ağladı
95 baxış
Maqazin xəbərləri
Mənzurə Musayeva "Şou ATV"nin efirində keçmiş ailə həyatı ilə bağlı danışarkən zülm-zülm ağlayıb. Milli.Az xəbər verir ki, sevərək ailə qurduğunu deyən Mənzurə ailə üzvlərinin ilk gündən bu evliliyə qarşı çıxdığını etiraf edib. 8 il bərabər yaşadıqdan sonra həyat yoldaşından ayrılan müğənni sonra keçmiş ərinin barışmaq üçün ona zəng etdiyini sözlərinə əlavə edib. Həmin vaxt telefonun başında ağladığını söyləyən Mənzurə efirdə də gözyaşlarını saxlaya bilməyib. "Mənə o ərəfədə 9 elçi gəlmişdi. Səhv seçim etdim. İndiyənə kimi də nəyi axtarıramsa tapmıram, istədiyim qabağıma çıxmır daha", - deyən müğənni hər kəsi duyğulandırıb.
Rəylər 0
Rəy yazmaq üçün daxil olun
Hələ rəy yoxdur. İlk rəyi siz yazın.