AZ
Video yüklə

Mahsundan şort geyindiyi üçün yazılan tənqidlərə cavab

219 baxış Maqazin xəbərləri
Türkiyəli müğənni Mahsun Kırmızıgül səhnəyə şortiklə çıxdığına görə onu tənqid edənlərə cavab verib.
Yenilik.az xəbər verir ki, ifaçı məsələ ilə bağlı paylaşım edərək tənqidlərə belə reaksiya göstərib:

"Bir ay öncə səhnəyə şortla çıxmağım sosial mediada tənqid olunur. Hadisə belə baş verib. Konsertdən sonra səhnədən endim və gündəlik geyimimi geyindim. 8-10 dəqiqə sonra isə səhnənin arxa qapısından çıxarkən dinləyicilərimlə rastlaşdım. Onların məni yenidən səhnəyə səslədiklərini eşitdim. Son anda pencək geyinib yenidən səhnəyə çıxmaq məcburiyyətində qaldım. Dinləyicilərimdən də geyimimə görə üzr istədim. Dinləyicilərimə, sevənlərimə səhnədə olduğum müddət ərzində heç vaxt hörmətsizlik etməmişəm. Onlara mənim qədər hörmət edən ikinci sənətçi də yoxdur. Bunu da belə bilin".

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.