İncəsənət xadimləri xalqa çağırış edib
76 baxış
Maqazin xəbərləri
Karantin qaydalarına əməl etməyənlər təkcə özlərini yox, başqalarının həyatlarını da da təhlükə altında qoyurlar. Nəticədə ölkəmizdə koronavirusa yoluxma tempi azalmaq əvəzinə, getdikcə artır. Bu mübarizədən qalib çıxmağın yeganə yolu isə vətəndaşların məsulliyətli olmağından keçir. Bu şüarla xalq artistləri Ramiz Novruz və Firəngiz Mütəllimova vətəndaşlara çağırış edib. Onlar xalqı vəziyyətin ciddiliyini anlamağa, karantin tələblərinə əməl etməyə səsləyiblər. Son günlər ölkəmizdə koronavirusa yoluxanların sayı sürətlə artır. Səbəb isə bir müddət əvvəl xüsusi karantin rejiminin qismən yumuşaldılmasından sonra vətəndaşların məsuliyyətsizlik nümayiş etdirməsidir. Bu isə qaydaların yenidən sərtləşdirilməsini zəruri etdi. Vəziyyətin nəzarətdən çıxmaması və karantin rejimimin daha da sərtləşdirilməməsi üçün incəsənət xadimləri də vətəndaşları məsuliyyətli olmağa çağırır. Xalq artisti Firəngiz Mütəllimova da öz müraciətində dövlət tərəfindən verilən qərarlara birmənalı olaraq əməl edilməyin önəmindən danışıb. Qeyd edək ki, xüsusi karantin rejiminin yumşaldılmasından sonra yoluxma saylarında ciddi artım müşahidə olunur. Yoluxanlarla sağalanların sayındakı kəskin fərq isə ölkəmizi ciddi təhlükə qarşısında qoyur. Bunun əsas səbəbi insanların qadağalara əməl etməməsidir.
Rəylər 0
Rəy yazmaq üçün daxil olun
Hələ rəy yoxdur. İlk rəyi siz yazın.