AZ
Video yüklə

Günay Musayevanın Kolumbiya TƏTİLİ

65 baxış Maqazin xəbərləri
Türkiyədə yaşayıb orada modellik karyerasını uğurla davam etdirən Günay Musayeva dostları ilə birlikdə yeni il tətilinə, Kolumbiyaya yollanıb.

Yenilik.az xəbər verir ki, Kolumbiyanın port şəhəri Kartahenanı qarış-qarış gəzib-dolaşan model oranın zəngin mətbəxinin dadına baxıb və şən, dinamik musiqilərin sədaları altında rəqs edib.

Günay kiçik, ayaqüstü alış-veriş üçün yerli mağazaların birinə də baş çəkib. Həmin anları isə Günay sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşüb.

Maraqlı hal isə modelin oğlu Cahangiri özü ilə tətilə aparmaması olub.

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.