AZ
Video yüklə

"Fəlakət" də subaylığa son qoyur

12 baxış Maqazin xəbərləri
“Bozbash Pictures”dən “Fəlakət” obrazı ilə kifayət qədər sevilən aktyor Elşən Orucov MUZ TV Azərbaycan kanalına özəl həyatı və sənəti ilə bağlı maraqlı açıqlama verib.

Muztv.az xəbər verir ki, aktyor gələn il subaylıqla vidalaşacağını deyib:

“Toyuma hazırlaşıram. Gələn il hamının xəbəri olacaq”.

Elşən fərqli obrazda rol aldığı və dekabrın 27-də təqdim olunacaq ”Tayson” filmindən də söz açıb:

“Rol aldığım “Tayson” filmi dekabrın 27-si təqdim olunacaq. Treyleri də nümayiş olunub, tamaşaçılar yəqin ki, izləyib. Maraqlı bir filmdir. Hələ filmə baxmamışam,özüm üçün də maraqlıdır. Obrazım çox fərqlidir, mafia başçısı kimi təqdim olunuram. Ciddi roldur. “Fəlakət”dən birbaşa “mafia başçısı” keçid yaxşı olmalıdır. Məncə uğurlu alındı”.

Bundan əlavə, Elşən Orucov 2017-ci ildə heç bir yerli filmin göstəriciləri ilə “partlayış”a imza atmadığını da vurğulayıb:

“Hesab edirəm ki, 2017-ci ildə partlayış edən elə bir yerli film olmadı. Yaxın aylarda 5 filmin təqdimatı olacaq. Düşünürəm ki, onlardan hansısa biri keçən ilki rəqəmlərə yaxın gələrlər. Göstəricilər uğurlu olmalıdır. Bilirsiniz ki, kinoteatrlarda olan göstəricilər filmin istehsalçılarına və tamaşaçılara təqdim olunur. Baxış saylarından o filmlərin nə dərəcədə sevilib və ya sevilmədiyi bəlli olur”.

Xatırladaq ki, Elşən Orucov sevib-seçdiyi İlahə adlı xanımla nişanlıdır.

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.