Efirdə dava düşdü

  • 28.06.2024
  • 0

“Rəngarəng səhər” proqramında müğənni Elnarə Xəlilova ilə aparıcı Zaur Nəbioğlu arasında mübahisə düşüb.
buna səbəb sənətçinin bayağı mahnı ifaçılarının proqramlara dəvət olunmasını qınaması olub.

“Verilişdə sənət göstəririk. Təbliğat göstəririksə, bunu 1 günə edə bilmərik. Son 20 ilin problemidir. 20 il əks istiqamətdə işləməliyik ki, hər şey yerinə qayıtsın” deyə, bildirib.
Zaur isə “Özünüzdə günah görmürsünüz? Çox müğənni ildə bir-iki dəfə verilişə çıxır. Hər gün efir təqdim edirəm. Siz ildə 1 dəfə efirə gəlirsinizsə, mən nə edim” sözlərini söyləyib.
Əsəbiləşən Elnarə isə “Bu, mənim yox, televiziyaların problemidir. Sizin reytinq gətirən verilişləriniz ən qalmaqallı, hay-küylü, qeybət edilən buraxılışlarınızdır. Biz sənət adamları da bu cür verilişlərə getmirik” cavabını verib.

Nə düşünürsən?