AZ
Video yüklə

Damla və Sevil Sevinc Naxçıvanda

74 baxış Maqazin xəbərləri
Bu gün Naxçıvan şəhərindəki Gənclik Mərkəzində möhtəşəm bir gecənin reallaşması gözlənilir. Belə ki, naxçıvanlı kinosevərlərin sevincinə səbəb ola biləcək hadisə Fariz Əliyevin ssenarisi əsasında rejissor Rüfət Şahbazovun ekranlaşdırdığı “Qız qaçırtma” kinokomediyasının qala gecəsi və imza gününün şəhərimizin yeganə kinoteatrında baş tutmasıdı. Film həvəskarlarına filmdə rol almış aktyor və tanınmış simalarla birgə bu ekran işini izləmək şansı yaradan Gənclik Mərkəzinin qonaqlara daha bir sürprizi də olacaq. Belə ki, filmdə rol alan tanınmış ifaçılar Sevil və Sevinc Səfərova bacıları, eləcə də Damla kimi tanıdığımız Məsumə Məmmədova əvvəlcə səhnəyə çıxıb sizə sevilən hitlərini və filmin soundtraklarını təqdim edəcəklər.

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.