AZ
Video yüklə
Cavidan atasının vəfatından danışdı

Bu video hazırda oynadıla bilmir.

Cavidan atasının vəfatından danışdı

1 302 baxış Maqazin xəbərləri
"Sonuncu dəfə danışanda mənə dedi ki, hər şey yaxşı olacaq".

Bu sözləri AZXEBER.COM-a açıqlamasında mərhum xalq artisti Ramiz Novruzun oğlu Cavidan Novruz deyib.

O, həmçinin atası Ramiz Novruzla son söhbətlərindən danışıb: "Sonuncu dəfə danışanda barmağı ilə əla göstərib, hər şey yaxşı olacaq dedi".

Cavidan atasının ölüm səbəbinin xərçəng xəstəliyi olduğunu deyib: "Xərçəngdən əziyyət çəkirdi. Komaya düşdü, ancaq təəssüf ki, ayılmadı".

Qeyd edək ki, Akademik Milli Dram Teatrının aparıcı aktyoru, Xalq artisti Ramiz Novruz mədə xərçəngindən müalicə olunurdu. O, dünən gecə saatlarında dünyasını dəyişib.

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.