AZ
Video yüklə

“Bu qədər haqsızlıq olmaz”

6 513 baxış Maqazin xəbərləri
“Fəxri ad üçün dəfələrlə Prezident İlham Əliyevə, Birinci xanım Mehriban Əliyevaya, Mədəniyyət Nazirliyinə müraciət etmişəm. Lakin mənim bu müraciətlərimə baxan yoxdur”.

Pravda.az xəbər verir ki, bu fikirləri müğənni Nadir Qafarzadə fəxri ad ala bilməməsinə etiraz olaraq səsləndirib.

N.Qafarzadənin sözlrinə görə, o, bir neçə il bundan əvvəl keçmiş nazirin keçmiş müavininin yanında olub: “O, mənə dedi ki, səni “tapşıran” yoxdur. Eyni zamanda biz özümüz bilərik kimə nə zaman fəxri ad verərik”.

“Hesab edirəm ki, bu il də haqsızlıq var. İnsanların haqqına bu qədər girmək olmaz. Heç olmasa hərdən başınızı qalıdırb göydə Allahdan qorxun. Bütün konsert proqramlarında təmənnasız iştirak etmişəm. Biz demokratik ölkədə yaşayırıq. Mən də söz haqqımdan istifadə edərək, sözümü deyib, haqqımı tələb edirəm. Ümid edirəm ki, mənim səsim Birinci xanım Mehriban Əliyevaya çatacaq” – müğənni əlavə edib.

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.