3 həftədir ölkə trendində liderliyini qoruyub saxlayan “Can ol” mahnısı hər yaş dinləyicilərin sevgisini qazanıb.
Məclislərdən birində son super hitini səsləndirən pop kraliçanın mahnısına ağsaqqal biganə qalmayıb və rəqs edərək səhnəyə çıxıb.
Bunu görən Aygün xanım ağsaqqal ilə rəqs edib.
Gur alqışlarla qarşılanan həmin anlar sosial şəbəkələrdə paylaşılıb və bir günə viral olmağı bacarıb.