Pop diva Aygün Kazımova və müğənni Nəsimi Məmmədovun “Məsafələr” dueti işıq üzü görmədən hitə çevrilib.
Duet ortaqları Yeni il gecəsi yalnız sevənləri üçün eksklüziv ifa etdikləri duet gecə ilə sosial şəbəkələrdə yayılıb.
Duetin uğuru artıq ölkə hüdudlarını da aşıb. Belə ki, ötən gün Dubayda baş tutan məclisdə özəl qonaq olan ölkənin əsas ulduzu həmin dueti də səsləndirib.
Qeyd edək ki, mahnı yaxın günlərdə kliplə birgə sevənlərin ixtiyarına veriləcək.

































