Aydanın efirdə halı dəyişdi
41 baxış
Maqazin xəbərləri
Ana olmağa hazırlaşan aktrisa Aydan Axundzadənin efirdə halı dəyişib.
Yenilik.az xəbər verir ki, “Zaurla Günaydın”da qonaq olan Aydan anidən özünü narahat hiss edib. Aparıcı Günay Baxşəliyeva onu sakitləşdirməyə çalışıb, həmçinin təcili tibbi yardım çağırıb. Bu zaman Xalq artisti Nəzakət Teymurovanın evində olan Zaur Baxşəliyev Günaya aktrisanı studiyadan göndərməsini məsləhət görüb.
Aydan isə “Yaxşıyam. Mən sürprizə hazır gəlmişəm. Bilmək olmaz. Sizi qorxuda, həyəcanlandıra bilərəm. Deyirlər, insanın qorxduğu başına gəlir, Zaur. Sən də bundan qorxurdun. Biz artıq həkim çağırmışıq”, - deyə bildirib. Proqramın sonunda Aydanın halı tamam dəyişib. Günay onu bir kənarda əyləşdirərək su verib. Daha sonra verilişin bugünkü buraxılışı sona çatıb. Bundan əlavə Axundzadə proqramın əvvəlində bu günlərdə ana olacağını söyləyib.
Qeyd edək ki, Aydan həmkarı İbrahim Çingizlə evlidir, onların qız övladı dünyaya gələcək.

Rəylər 0
Rəy yazmaq üçün daxil olun
Hələ rəy yoxdur. İlk rəyi siz yazın.