AZ
Video yüklə
Aşıq Zülfiyyənin ailəsində bədbəxt hadisə baş verdi

Bu video hazırda oynadıla bilmir.

Aşıq Zülfiyyənin ailəsində bədbəxt hadisə baş verdi

3 900 baxış Maqazin xəbərləri
Əməkdar incəsənət xadimi Aşıq Zülfiyyə İbadovanın həyat yoldaşı Sakit İbadov bədbəxt hadisə ilə üzləşib.

Oxu.Az xəbər verir ki, bu barədə sazın mahir ifaçısı “Xəzər TV”də yayımlanan “5/5” axşam şousunda qonaq olarkən məlumat verib.

Aşıq Zülfiyyə həyat yoldaşı Sakitin ev təmiri zamanı barmağını “laqonda” aparatı (elektrik mişarı – red.) ilə kəsdiyini açıqlayıb:

“Evdə təmir işlərinə başladıq. Sakitə dedim ki, ustaya deyək, gəlib köməklik etsin. O isə sözlərimə qulaq asmadı və başına belə bədbəxt hadisə gəldi. Amma Sakit hər işi bacarır. Hazırda əli sarğıdadır, vəziyyəti isə yaxşıdır”.

Qeyd edək ki, bu il evliliklərinin otuz illini qeyd edəcək Aşıq Zülfiyyə ilə Sakit İbadovun Babək adlı bir oğlan övladları var. Babək İbadov da müğənni kimi fəaliyyət göstərir.

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.