AZ
Video yüklə

Anar Nağılbaz yenidən evlənir

33 baxış Maqazin xəbərləri
“Eurovision” təmsilçilərimizdən olan Safurə Əliyeva qızı ilə fotosunu paylaşıb.

Axşam.az-ın məlumatına görə, keçmiş müğənni İntaqramda yerləşdirdiyi şəklə “Mənim balaca şahzadəm Aişə ilə” şərhini yazıb. S.Əliyeva bu günə kimi 8 aylıq qızının üzünü fotolarda gizlədirdi. O, ancaq övladının əli, ayağı düşən şəkillər yayımlayırdı.

Qeyd edək ki, mərhum energetika naziri Natiq Əliyevin oğlu Fərhad Əliyevlə ailəli olan Safurənin İsgəndər adlı oğul övladı var.
---------------------+
Son günlər xeyli çəki atan müğənni Natavan Həbibi İnstaqram səhifəsində yeni fotolarını paylaşıb.

Axşam.az-ın məlumatına görə, sənətçinin boyunun çox hündür görünməsinə izləyiciləri irad bildiriblər. Onlar Natavanın fotoşop etdiyini vurğulayıblar.

Tənqid yazanlar arasında prodüser Tarix Əliyev (Tolik) də yer alıb. O, Natavana “Ay qız, boyunu nə qədər uzatmısan” sözlərini yazıb.

Natavanın qarşı tərəfə cavabı gecikməyib. O, Tolikə “Onu sən edərsən, mən aşağıdan çəkdirirəm, uşağım. Ayağımdakı hündürdabanı hələ demirəm” cavabını verib.
-----------------------+
Xalq artisti Arif Quliyev oğurluq etdiyini etiraf edib.

BAKU.WS xəbər verir ki, aktyor bu barədə milli.az-a müsahibəsində danışıb:

"Mən bir dəfə oğurluq etmişdim, onda peşman oldum. Onu indiyə kimi özümə bağışlaya bilmirəm. Bir dəfə vağzaldakı qadının balıq bağlamasını oğurlamışam. İndiyə qədər onun peşmanlığını çəkirəm. Bunu özümə bağışlaya bilmirəm".
---------------------------+
Teleaparıcı İlqar Mikayıloğlu çəkiliş zamanı zədə alıb.

Axşam.az milli.az-a istinadən xəbər verir ki, hadisə ötən gün rayonlardan birində baş verib.

Belə ki, "İlqarla bir gün" verilişinin çəkilişi üçün yola çıxan aparıcı meşədə yıxılaraq, ayağından yaralanıb. Hal-hazırda teleaparıcı özünü normal hiss edir.
-------------------------+
"Xəzər" telekanalında "Nuş olsun" verilişinin aparıcısı, aşpaz Ağakərim Əbülfəzoğlunun xına mərasimi keçirilib.

Axşam.az-ın məlumatına görə, aparıcının iş yoldaşı Gülnar Məmmədova ilə paytaxt restoranlarından birində baş tutan tədbirini rəqqasə Fatimə Fətəliyeva aparıb.

Xatırladaq ki, Ağakərim canlı yayımda sevgilisinə sürpriz hazırlayıb, evlilik təklifi etməklə gündəmə gəlmişdi. Cütlüyün toyu iyunun 29-da şəhər restoranlarından birində olacaq. Gecəyə şou-biznes nümayəndələrinin dəvət olunduğu bildirilir.
----------------+
Bir müddət əvvəl ailə qalmaqalları ilə gündəmə gələn reper Anar Nağılbazın şəxsi həyatında yenilik var.

BAKU.WS xəbər verir ki, bu barədə məşhur özü açıqlama verib.

O, həyatında sevdiyi qadının varlığını və evlənmək istədiyini bu sözlərlə etiraf edib:
"Məlum söhbətlərə görə şübhəsiz axmaq kimi görünürəm, amma heç nə elə deyil və bizə də lazım deyil. Hər şey inşaallah ailə zəminində həll olmalıdır. Qadınım var, xoşbəxt olmaq istəyirəm. Ona görə canımı qurban verərəm! Xoşbəxt olun"!

Anar Nağılbazın sevdiyi xanımın adının Aytən olduğu ehtimal edilir. Çünki o, keçən həftə əyləncə mərkəzlərinin birində "Aytənim" adlı konsert proqramı ilə çıxış etmişdi.
---------------------------+
Azərbaycanda müğənnilər vergilərini kifayət dərəcədə ödəmirlər.

Axşam.az-ın məlumatına görə, bunu Trend-ə vergilər nazirinin müavini Sahib Ələkbərov deyib. S.Ələkbərov bildirib ki, müğənnilərin vergi ödəməsi məsələsi həmişə gündəmdədir:

"Onlar da digər vergi ödəyiciləri kimi vergilərini hesablayıb dövlət büdcəsinə ödəməlidirlər. Müğənnilər vergi ödəyirlər, amma kifayət dərəcədə yox. Bu sahədə həmişə narazılıqlar olur".
Bununla bağlı hər hansı tədbirin görülməsinə gəlincə, nazir müavini bildirib ki, ümumiyyətlə bu yaxınlarda uçot məsələsi ilə bağlı ciddi tədbirlərin aparılması nəzərdə tutulur:

"Təbii ki, bu tədbirlər digər ödəyicilər kimi müğənnilərə də şamil olunacaq, onlar da vergi ödəyicisidirlər"

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.