2 il həbsdə qalan Fədayə Laçın kimdir?
42 baxış
Maqazin xəbərləri
İki ildir ki, həbsdə olan Fədayə Laçın azadlığa buraxılıb. Bəs onun kim olduğunu bilirsinizmi?
Fədayə Baris qızı Məmmədova 3 iyun 1977-ci ildə Laçın şəhərində anadan olub. Bir dəfə ailəli olmuş, lakin həyat yoldaşı onu tərk edərək Rusiyaya getmişdir. Onun həmin evlilikdən bir oğlu olub. Oğlunu tək böyütməyə məcbur olan Fədayə xanım həmin vaxtlardan müğənniliyə başlayıb. Ona bu sahədə mərhum muğam ustası İslam Rzayev dəstək olub. O, İslam Rzayevin tələbəsi olaraq, ifaçılıq sirlərini ondan öyrənib. Məhz İslam Rzayev onu Fədayə Laçın kimi tanıdıb.
Daha sonra müğənni həmkarı Tacir Şahmalıoğlu ilə birgə duetlər oxuyaraq populyarlıq qazanmağa başlayıb. Bir müddət onlar arasında sevgi münasibətlərinin olduğu barədə şayiələr də yayılmşdı. Maraqlıdır ki, hər iki müğənni münasibətlərini gizlətməyərək, bu haqda etiraflar etmişdilər.
Fədayə Laçın bir çox xalq və bəstəkar mahnılarının mahir ifaçısıdır. 2015-ci ildə onun Cavanşir Quliyevin bəstələrindən ibarət albomu işıq üzü görüb. Qeyd edim ki, Fədayə Laçının bacısı İlahə Fəda da müğənnidir.
Kriminal aləmə yaxınlığı ilə məşhurlaşan müğənni 2017-ci oktyabrın 23-də Bakı-Astara-Bakı qatarından qaçan məhbuslara yardım etməkdə təqsirləndiriləndirilərək, həbs edilib.
Hadisələrin gedişatından məlum olmuşdu ki, sənətçi “Qoca” ləqəbli kriminal avtoritet Etibar Məmmədovla bir neçə il sevgili münasibətlərində olub. Mətbuatda yayılan məlumatlara görə, Nəsimi Rayon Məhkəməsində müğənni özü bunu etiraf edib.
Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində istintaqı aparılan cinayət işi üzrə Fədayə Məmmədova təqsirləndirilən şəxs qismində cəlb olunaraq rayon məhkəməsinin qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin çıxardığı hökm ilə 6 il müddətinə azadlıqdan məhrum edilən müğənninin apelyasiya şikayətinə 2019-cu ildə Bakı Apelyasiya Məhkəməsində baxılaraq, məhkəmənin qərarı ilə onun cəzası 2 ilə endirilib.
Fədayə Laçın 29 oktyabr 2019-cu ildə Bakı İstintaq Təcridxanasından azadlığa buraxılıb.

Rəylər 0
Rəy yazmaq üçün daxil olun
Hələ rəy yoxdur. İlk rəyi siz yazın.