AZ
Video yüklə

Tofiq Musayevdən nokautla qələbə

4 418 baxış İdman xəbərləri
Azərbaycanın və “Qəbələ” İdman Klubunun MMA döyüşçüləri “Rizin” Döyüş Federasiyasının Bakıda təşkil etdiyi “Landmark 7” turnirində qüvvələrini sınayıblar.

“Qafqazinfo” xəbər verir ki, təmsilçilərimiz Nəriman Abbasov, Tofiq Musayev (hər ikisi 71 kq) və Vüqar Kərəmov (66 kq) Milli Gimnastika Arenasında keçirilən döyüş gecəsində mübarizə aparıblar.

Musayev Yaponiya təmsilçisi Toji Takeda ilə görüşüb. Döyüşçümüz üçüncü raundda rəqibinə nokautla qalib gəlib.

Kərəmov yaponiyalı Çihiro Suzukiyə uduzub. Abbasov isə rusiyalı Ali Abdulxalikovla qarşılaşmada məğlub olub.

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.