AZ
Video yüklə
Tanınmış azərbaycanlı idmançı vəfat etdi

Bu video hazırda oynadıla bilmir.

Tanınmış azərbaycanlı idmançı vəfat etdi

736 baxış İdman xəbərləri
Çində doktorantura təhsili alan azərbaycanlı idmançı Sadiq Həsənov vəfat edib.

O, bu gün Bakı şəhərindəki yaşadığı evində xərçəng xəstəliyindən dünyasını dəyişib. Onun cənazəsi sabah doğulduğu kənd qəbiristanlığında torpağa tapşırılacaq.

Qeyd edək ki, Sadiq Həsənağa oğlu Həsənov 1985-ci ildə Cəlilabad rayonunun Günəşli kəndində anadan olub. O, ilk ali təhsilini Sumqayıt Dövlət Universitetininin tarix fakültəsində alıb, sonradan Çinin Pekin İdman Universitetində dövlət hesabına magistr təhsilini davam etdirib. S.Həsənov vəfat edənə qədər həmin universitetin doktorantı idi.

Eyni zamanda, uşu üzrə Azərbaycan çempionatının qalibi olub. Dəfələrlə Çində Azərbaycanı bir neçə idman növləri üzrə layiqincə təmsil edib. Sadiq idmanla yanaşı paralel olaraq fitneslə də məşğuliyyətini davam etdirib. Çində dəfələrlə fitnes-model yarışlarının qalibi olub. Bundan əlavə, Çində döyüş səhnələrindən bəhs olunan onlarla filmdə oynamaq üçün dəvət alıb və obrazlarını da canlandırıb.(oxu.az)

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.