Prezident İlham Əliyevin bacısı oğlu Azər Əliyev belə məşq edir
571 baxış
İdman xəbərləri
Prezident İlham Əliyevin bacısı Sevil Əliyevanın oğlu Azər Əliyevin yeni videosu yayılıb.
GoldNews.Az-ın məlumatına görə, Azərbaycan Ağır Atletika Federasiyasının vitse-prezidenti olan Azər 145 kq. çəki ilə məşq edib.
O, videonun üzərinə 145*3 şərhini yazıb.
Peşəkar idmançı olan Azər məşq zamanı çəkilən videosunu Instagram hesabından paylaşıb. Sosial şəbəkədə mütəmadi olaraq öz videolarını paylaşan Azər qısa zamanda idman sahəsində böyük uğurlar əldə edib.
2 iyul 2011-ci ildə Çexiyanın paytaxtı Praqada paurliftinqin WPC versiyası üzrə gənclər arasında 100 kq-da yarışan Azər Əliyev 3 hərəkətin cəmində 600 kq ağırlığın öhdəsindən gəlib və 5-ci yeri tutub.
23 noyabr 2011-ci ildə Latviyanın paytaxtı Riqada paurliftinqin WPC versiyası üzrə dünya çempionatında yarışan idmançımız fəxri kürsüyə yaxın olub. Azər Əliyev 100 kq-da ləvazimatsız 610 kq qaldıraraq 4-cü yeri qazanıb.
2014-cü ildə isə Azər Əliyev Açıq Avrasiya Kuboku yarışında 250 kq-lıq nəticə ilə gümüş medala sahib olub.

Rəylər 0
Rəy yazmaq üçün daxil olun
Hələ rəy yoxdur. İlk rəyi siz yazın.