Kanada Qran-Prisinin “Ömrü Uzandı”

  • 06.06.2019
  • 0

"Formula 1" üzrə Kanada Qran-prisinin müqavilə müddəti uzadılıb.


Monreal şəhərindəki Jil Vilnöv adına avtodromun sahibləri ilə "Formula One" şirkəti arasında 2029-cu ilədək müqavilə bağlanılıb.


Yeni anlaşmanın mütləq şərti, pit-leyn və boks binasının yenidən bərpa olunmasıdır.


Kanada Qran-prisi Monreal trasında ilk dəfə 1978-ci ildə keçirilib.


Elə o vaxtdan yarış 2 il istisna olmaqla dünya çempionatının təqvimində yer alıb.


"Formula One"nin əvvəlki rəhbəri Berni Ekklstoun 1987-ci ildə iki pivəbişirmə sexinin sponsorluq uğrunda sərt mübarizəsindən sonra bu Qran-prini ləğv edib.


2009-cu ildə isə Kanada mərhələsinin promouterləri Ekklstounla maliyyə məsələlərində razılığa gələ bilməyiblər.


Tras və paddokun yenidən bərpası üçün ümumi xərc 48 milyon dollar təşkil edib. Bu məbləğin 30 milyon dolları Monreal şəhərinin, 18 milyon dolları isə Kvebek əyalətinin büdcəsindən ayrılıb.


Qeyd edək ki, bu il Kanada Qran-prisi 7 - 9 iyun tarixlərində keçiriləcək

Nə düşünürsən?