Fransa - Albaniya oyununda ard-arda biabırçılıq
10 521 baxış
İdman xəbərləri
"AVRO-2020"nin seçmə mərhələsi çərçivəsində ötən gecə baş tutan Fransa - Albaniya matçında kuryoz hadisə yaşanıb. Matçdan əvvəl stadionda Albaniya himni əvəzinə əvvəlcə Andorra, ardınca isə Monteneqro himni səsləndirilib. Bu azmış kimi, stadionun diktoru bu cür yanlışlığa görə Ermənistandan üzr istədiklərini bildirib. Albanlar isə doğru himn çalınana qədər oyuna başlamağı rədd ediblər. Nəticədə qarşılaşmanın startı təxminən 5-6 dəqiqə gecikib.
Qeyd edək ki, Fransa – Albaniya görüşü meydan sahiblərinin 4:1 hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, Fransa – Albaniya görüşü meydan sahiblərinin 4:1 hesablı qələbəsi ilə başa çatıb.
Rəylər 0
Rəy yazmaq üçün daxil olun
Hələ rəy yoxdur. İlk rəyi siz yazın.