AZ
Video yüklə

Azərbaycan birinciliyinə start verildi

20 baxış İdman xəbərləri
Stolüstü tennis üzrə növbəti Azərbaycan birinciliyinə start verilib. Azərbaycan Stolüstü Tennis Federasiyası və Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin birgə təşkil etdiyi yarışda yeniyetmə və gənc idmançılar bacarıqlarını göstərirlər. “Şüa” İdman – Sağlamlıq Kompleksində keçirilən yarışın açılış mərasimində iştirakçılara Stolüstü Tennis Federasiyasının prezidenti Şahin Mustafayevin salamlarını çatdıran federasiyanın baş katibi Könül Mikayılova və vitse prezidenti Elmar İslam onlara uğurlar arzulayıb. Kütləviliyi ilə seçilən birinciliyə paytaxt tennisçiləri ilə yanaşı, Gəncə, Sumqayıt, Quba, Qusar, Salyan, Şirvan, Şəki, Qax, Ağstafa, Zərdab və digər şəhər və rayonlardan ümumilikdə 150-yə yaxın idmançı qatılıb.

Qeyd edək ki, Azərbaycan birinciliyi şəxsi, komanda, qoşa və qarışıq-qoşa proqramında keçirilir. 4 gün davam edəcək yarışa aprelin 16-da yekun vurulacaq. Fərqlənən idmançılara Azərbaycan Stolüstü Tennis Federasiyasının mükafatları təqdim olunacaq.

REAL

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.