Sosial şəbəkədə paylaşılan məclis görüntülərində rəqqasə Aygün Babayevanın azərbaycanlı bodibildinqçi, 2023-cü il IFBB Avropa Çempionatının ümumi qalibi Yusif Nurullayevin qarşısında oryental rəqs etməsi birmənalı qarşılanmayıb.
Görüntülər Aygün Babayevanın öz sosial şəbəkə hesabında yayılıb. Kadrlardan görünür ki, hadisə məclislərin birində qeydə alınıb. Rəqqasə parlaq səhnə geyimində çıxış edir, Yusif Nurullayev isə masa arxasında əyləşərək onu izləyir.





























