AZ
Video yüklə

Afrikalı azarkeş: Naxçıvanlıyam... Fəxr edirəm ki, azərbaycanlıyam

683 baxış İdman xəbərləri
İdman insanları yaxınlaşdırır. Bu, Rusiyada keçirilən futbol üzrə dünya çempionatında da baş verib.
Oxu.Az xəbər verir ki, Trend-in müxbiri Maksim Surkov təsadüfən Nigeriyada olan vətəndaş Odigie Samson Joe ilə qarşılaşıb.
Aydın olub ki, Odigie Naxçıvan Dövlət Universitetində Tibb fakültəsində təhsil alır.
Nigeriyalı “Azərbaycan! Azərbaycan! Mən Naxçıvandanam, Şərurdanam” deyərək, Tünzalə Ağayevanın “Mən fəxr edirəm ki, azərbaycanlıyam” mahnısından da bir bənd oxuyub.
Yeri gəlmişkən, Odigie Azərbaycan dilində sərbəst danışır və təhsil aldığı universitet haqqında da yüksək fikirlər söyləyib.

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.