Zaur qarğış etdi: "Allah ona və balalarına..."
4 142 baxış
Hadisə və olaylar
Tanınmış teleaparıcı Zaur Baxşəliyev son günlər qətl və intihar hadisələrini efirdə işıqlandırmasından sonra çoxsaylı mesajlar alıb.
Baxşəliyev bəzi şəxslərin ona və övladlarına qarğış etdiyini açıqlayıb.
Aparıcısı olduğu “Bizimləsən” proqramında bu haqda danışan Zaur həmin şəxslərə canlı efir vasitəsilə cavab verib:
“Bəzi məqamlarla bağlı deyəcəklərim var. Mən proqramda kimsənin acısından reytinq qazanmaq istəyən aparıcı olmamışam. Mənə mesaj yazan bəzi insanlar var, mən televiziyada olanda o insanlar heç orta məktəbə də getmirdilər. Onlar həmin vaxt yazmaq qaydasının nə olduğunu belə bilmirdilər, təəssüflər olsun ki, heç bu gün də bilmirlər. Acınızı başa düşürəm, ona görə çox sərt reaksiya vermirəm, ancaq mənə, mənim övladlarıma dil uzatmaq olmaz. Həmişə demişəm ki, qarğışı sevmirəm, nə qarğış etməyi, nə də eşitməyi sevmirəm. Ancaq bu məsələdə sözümü deyəcəyəm. Kim mənə və mənim balalarıma nəyi arzulayırsa, Allah on qatını ona və balalarına nəsib eləsin”.

Rəylər 0
Rəy yazmaq üçün daxil olun
Hələ rəy yoxdur. İlk rəyi siz yazın.