Yolka quran qız öldü
512 baxış
Hadisə və olaylar
Bakının Nərimanov rayonunda 12 yaşlı qız bədbəxt hadisə nəticəsində ölüb. APA xəbər verir ki, hadisə Əliyar Əliyev küçəsi ev 26-da qeydə alınıb. Belə ki, 2010-cu il təvəllüdlü Mirzəzadə Fərəh Vüqar qızı yaşadığı binanın 6-cı mərtəbəsində yerləşən mənzildə yeni il üçün dekorasiya qururmuş. Həmin vaxt o, pəncərədən yıxılıb, aldığı xəsarətlərdən hadisə yerində ölüb. Faktla bağlı hüquq mühafizə orqanın əməkdaşları tərəfindən araşdırma aparılır.
Rəylər 0
Rəy yazmaq üçün daxil olun
Hələ rəy yoxdur. İlk rəyi siz yazın.