Patrul.az xəbər verir ki, yol-nəqliyyat hadisəsi 30.06.2024-cü il tarixində Bakı-Ələt-Qazax yolunun Kürdəmir rayonundan keçən hissəsində baş verib.
Mercedes markalı minik avtomobili hərəkətdə olarkən bir neçə qoyun anidən yola çıxıb və qəzaya səbəb olub. Qoyunları vuran sürücü, idarəetməni itirərək dərəyə aşıb.
Kadırlardan da göründüyü kimi qoyunlar həlak olub və sürücü ağır xəsarət alıb. Xəsarət alan sürücünün hal-hazırki vəziyyəti ilə bağlı məlumat yoxdur.
Qeyd edək ki, avtomobil yoluna çıxan mal-qaraya görə məsuliyyəti heyvan sahibləri daşıyır.
Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1110-cu maddəsinə əsasən, heyvan sahibləri öz heyvanının digər şəxslərə vurduğu zərəri ödəməyə məcburdur.
Burada heyvanların nəzarətsiz qalması, itməsi və ya qaçması hallarında da heyvan sahibi ödənişdən boyun qaçıra bilməz. Əgər dəymiş zərərin ödənişindən imtina edərsə mütləq şəkildə Dövlət Yol Polisi tərəfindən rəsmiləşdirilməli,məbləğ müəyyən edilməli və zərərçəkmiş bununla bağlı məhkəməyə müraciət etməlidir.
Həmçinin heyvanların çıxma ehtimalı olan yollarda Baş Dövlət Yol Polisinin tərkibində Signal İxtisaslaşmış Layihə İstehsalat idarəsi 1.25 xəbərdalıq nişanı quraşdırmalıdır.