AZ
Video yüklə

Yer yarıldı,evləri torpaq "uddu"

327 baxış Hadisə və olaylar
Yaponiyanın İşikava əyalətində baş verən 7,6 bal gücündə zəlzələdən sonra baş verən sürüşmə ətrafdakılar tərəfindən anbaan qeydə alınıb.




Oxu24.com xəbər verir ki,Sürüşmə nəticəsində çoxlu evlər dağılıb.



Yanvarın 1-də Yaponiyanın İşikava əyalətində baş verən 7,6 bal gücündə zəlzələnin yaralarını sağaltmağa çalışarkən, fəlakətin miqyasını ortaya qoyan yeni görüntülər ortaya çıxdı.



Vacima şəhərində dağlıq bölgədə baş verən zəlzələdən dərhal sonra baş verən sürüşmə həvəskar kameralara düşüb.



Dağ yamacında çoxlu evlər dağıldığı hadisədə rayon sakinləri qorxu və təşviş içində qalıb.



Sürüşmədə insan itkisinin olub-olmadığı məlum deyil.





Yaponiyada baş verən zəlzələ nəticəsində 84 nəfər ölüb, ən azı 410 nəfər yaralanıb.





Axtarış-xilasetmə işləri davam etsə də, 179 nəfərdən hələ də xəbər yoxdur.



Müəllif:Afət

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.