AZ
Video yüklə

Yanğınsöndürən maşını qatara çırpıldı

371 baxış Hadisə və olaylar
Rusiyanın Altay bölgəsində qatarın və yanğınsöndürən maşının iştirakı ağır yol qəzası baş verib. Avtosfer.az xəbər verir ki, hadisə iyulun 24-də “Ozerki” – “Çaplino” dəmir yol stansiyalarının 183-cü kilometrliyində qeydə alınıb. Yerli KİV-in məlumatına görə, yanğın yerinə tələsən yanğınsöndürən maşını dəmir yol keçidinin qadağanedici siqnalından keçərək hərəkətdə olan yük qatarının vaqonlarına çırpılıb. Zərbənin təsirindən maşın metrlərlə sürüklənərək deformasiyaya uğrayıb, qatarın isə iki vaqonu relsdən çıxıb. Qəza nəticəsində 2 nəfər ölüb, 2 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar, hadisə yerinə cəlb edilən təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıblar. Faktla bağlı araşdırmalara başlanılıb.
Namiq Musayev

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.