AZ
Video yüklə

Venesiyada dəhşətli qəza: yaralılar var

15 baxış Hadisə və olaylar
Venesiyada “MSC Opera” kruiz layneri ilə içərisində 130 nəfər olan “River Countess” gəzinti teploxodunun toqquşması nəticəsində ən az 5 nəfərin yaralandığı bildirilir.



Hadisə dünən San-Bazilio limanında baş verib. Katerdə olan 4 nəfər ağır yaralanıb. Laynerdəki sərnişinlərdən bir nəfərin xəsarət aldığı bildirilir.



İlkin ehtimallara görə, qəzaya laynerin nasazlığı səbəb olub və sahilə çatsa da, dayana bilməyib.



Hadisə yerinə fövqəladə hallar üzrə xidmətin əməkdaşları cəlb olunub.

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.