Ucarda ev yandı
93 baxış
Hadisə və olaylar
Ucarda fərdi yaşayış evi yanıb. APA TV-nın yerli bürosunun xəbərinə görə, hadisə rayonun Gənclik küçəsi, 15 ünvanında baş verib. Rayon sakini, 1939-cu il təvəllüdlü Lida Tağıyevaya məxsus bir mərtəbəli, ümumi sahəsi 190 kvadrat olan evdə güclü yanğın baş verib. Hadisə yerinə FHN-in Ucar Rayon Yanğından mühafizə hissəsinin 3 yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub. Hadisə zamanı evin 170 kvadratmetri yanıb. Yanğın söndürülüb və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.
Rəylər 0
Rəy yazmaq üçün daxil olun
Hələ rəy yoxdur. İlk rəyi siz yazın.