AZ
Video yüklə

Üç nəfər kanalda boğulub

14 baxış Hadisə və olaylar
Quba rayonu ərazisində iki nəfər su kanalında batıb.



Xezerxeber.az-ın məlumatına görə, Quba rayon Gədik kənd sakinləri Vidadi Mehrəliyev və Səhrab Seyfulov Taxtakörpü-Ceyranbatan su kanalına düşən buzovu çıxartmaq istəyiblər. Onlar bu məqsədlə bir-birilərinə ip bağlayaraq kanala düşüblər. Lakin bu zaman onların ikisini də su aparıb.


Əraziyə Quba rayon polis şöbəsinin əməkdaşları və Fövqəladə Hallar Nazirliyinin Şimal Regional Mərkəzinin xilasediciləri cəlb olunub. İtkin düşən şəxslərin meyiti kanalın dibində aşkar edilib. Batmış hər iki şəxsin meyiti xilasedicilər tərəfindən sudan çıxarılıb və cəsədləri ailələrinə təhvil verilib.


Cəlilabadda isə gənc oğlan su kanalında boğulub. Hadisə rayonun Alar kəndində baş verib. Məlumta görə 28 yaşlı Fariq Əliyevin ehtiyyasız davranması nəticəsində ayağı sürüşüb və o, su kanalına düşüb. Onun meyiti sudan çıxarılaraq adiyyati üzrə təhvil verilib. Faktla bağlı araşdırma aparılır.

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.