"Toppuş bacının" ölüm xəbərini yaydılar
174 baxış
Hadisə və olaylar
Xəbər verdiyimiz kimi, Əməkdar artist Tünzalə Əliyevada yenidən xərçəng aşkarlanıb.
BiG.AZ oxu.az-a istinadən xəbər verir ki, sənətçi müalicəsinə davam edərək kimyaterapiya alır və şüa qəbul edir.
Vəziyyəti isə yaxşıdır. Lakin aktrisanın qonşularından bir nəfər sosial şəbəkədə onun vəfat etdiyini iddia edib.
O, "30 dəqiqə əvvəl keçinib. Mühafizədən soruşdum, o da təsdiqlədi", - deyə yazıb.
Ancaq məlum olub ki, Tünzalə Əliyeva hazırda terapiyadan çıxıb və evinə gedir. Bu gün sənətçinin həyat yoldaşı Röyalın doğum günüdür.
Qeyd edək ki, sənətçi saytımıza açıqlamasında 25 dəfə şüa, altı dəfə isə kimyaterapiyaya gedəcəyini bildirilib.
Məlumat üçün bildirək ki, "Toppuş bacı"nın uşaqlıq yolundan bədxassəli şiş kəsilmişdi

Rəylər 0
Rəy yazmaq üçün daxil olun
Hələ rəy yoxdur. İlk rəyi siz yazın.