AZ
Video yüklə

Tərtərdə məktəbə hücum olub

19 baxış Hadisə və olaylar
Naməlum şəxslər Tərtərdə məktəbə hücum edib.

APA-nın Qarabağ bürosunun xəbərinə görə, hadisə Şıxarx kəndindəki 2 saylı tam orta məktəbdə baş verib. Məktəbin bir sıra otaqları, avadanlıqlar naməlum şəxslər tərəfindən dağıdılıb.

Tərtər rayon Sarvan Quliyev adına Şıxarx kənd 2 saylı tam orta məktəbinin direktoru Tofiq Hacıyev APA-a açıqlamasında bildirib ki, hadisə 10-15 gün əvvəl olub. Direktor bu barədə rayon Təhsil Şöbəsi, İcra Hakimiyyəti və Polis Şöbəsinə məlumat verildiyini bildirib.

Hadisənin törədən şəxslərin kimliyi hələlik məlum deyil.

DİN-in Mətbuatx Xidmətinin Bərdə regional qrupundan APA-ya bildirilib ki, qeyd edilən məlumat əsasında Tərtər RPŞ-nin əməkdaşları tərəfindən müvafiq araşdırmalar aparılır.

Qeyd edək ki, məktəbdə Vətən müharibəsi dövründə ermənilərin artilleriya zərbələri nəticəsində evləri dağılan kənd sakinləri məskunlaşıb.

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.