AZ
Video yüklə

“Taksi” polisi vurdu sonra da aptekin divarına “girdi”

313 baxış Hadisə və olaylar
Rusiyanın Soçi şəhərində iki avtomobilin iştirakı ilə ağır yol-nəqliyyat hadisəsi baş verib.

Avtosfer.az xəbər verir ki, insident oktyabrın 25-də səhər 4 radələrində Adlerskiy rayonunda qeydə alınıb.

Məlumata görə, Lenin küçəsində yüksək sürətlə hərəkətdə olan “Ford” markalı avtomobil, idarəetmədən çıxaraq taksi xidməti göstərən maşına dəyib. Zərbənin şiddətindən “taksi” əvvəlcə səkidə dayanan polisi vurub, sonra da aptekin divarına çırpılaraq yanıb.

Nəticədə asayiş keşikçisi və taksi sürücüsü ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Hüquq-mühafizə orqanları tərəfindən araşdırmalara başlanılıb.





Namiq Musayev

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.