Sumqayıtda iki avtobus toqquşub
607 baxış
Hadisə və olaylar
Sumqayıtda iki marşrut avtobusu toqquşub. Avtosfer.az-ın APA-nın yerli bürosuna istinadən məlumatına görə, səhər saatlarında şəhərin Sülh prospektində 3 nömrəli xətt üzrə hərəkət edən 50 AE 771 dövlət nömrə nişanlı avtobus qarşıdan gedən 9 nömrəli xətt üzrə hərəkət edən 50 AE 731 dövlət nömrə nişanlı marşrut avtobusuna çırpılıb. Nəticəsində 8 nəfərin müxtəlif dərəcəli bədən xəsarətləri aldığı bildirilir. Xəsarət alanlar Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasının Travmatologiya şöbəsinə yerləşdiriliblər. İlkin ehtimala görə, qəzaya yüksək sürət səbəb olub. Faktla bağlı araşdırma aparılır.
Rəylər 0
Rəy yazmaq üçün daxil olun
Hələ rəy yoxdur. İlk rəyi siz yazın.