AZ
Video yüklə

Sumqayıtda avtomobil yandı

458 baxış Hadisə və olaylar
Sumqayıtda avtomobil yanıb. Redaktor.az xəbər verir ki, hadisə şəhərin Heydər Əliyev prospektində qeydə alınıb. Belə ki, hərəkətdə olan “Ford” markalı avtomobil qəfildən yanmağa başlayıb. Avtomobilin sürücüsü və ətrafdakılar yanğını söndürməyə cəhd etsələr də, bu, mümkün olmayıb. Əraziyə Sumqayıt Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları cəlb olunub. Yanğınsöndürənlər tərəfindən alov söndürülüb. Hadisə zamanı xəsarət alan olmayıb

Rəylər 0

Rəy yazmaq üçün daxil olun

Hələ rəy yoxdur. İlk rəyi siz yazın.